Gənclər komitəsi uşaqları sevindirdi

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

 

1 iyun1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da da qeyd edilir.

 

MMİH İB-inin Gənclər Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu gün paytaxtın bir neçə parkında uşaqlara oyuncaqlar və şarlar hədiyyə edilib. Uşaqlar isə öz bacarıq və istedadlarını göstərməyi unutmayıblar.

 

MMİH İB-nin bütün uzvləri bu gün münasibəti ilə bütün uşaqları təbrik edir, böyükləri isə uşaqları yalnız 1 iyunda deyil hər an, hər zaman müdafə etməyə çağırır. Uşaqları elimli, əxlaqlı böyütmək və onların laiqli kamil insan kimi böyüdülməsinə çalışmağı tövsiyyə edir.

 

Bir cavab yazın