Həsəd
27 Fevral 2018

Fəaliyyətin olmadığı yerdə həsəd olmaz. Bu istər fikr (düşüncə) fəaliyyəti olsun, istərsə də baş tutan və ya həyata keçməkdə olan fəaliyyət olsun.

 

1) Fikri fəaliyyət.
2) Baş tutan və ya həyata keçməkdə olan fəaliyyət.

 

*Fikri Fəaliyyət* — Fərdin düşüncələrində həyata keçirtmək istədiyi planlamalardır. Düşüncə vasitəsi ilə çalışmış, plan qurmuş lakin hələ həyata keçirə bilməmişdir.

 

*Fikri Fəaliyyətdən doğan Həsəd*, bir fərdin öz düşüncəsində, bir işi həyata keçirtmək istədiyi halda, başqa bir fərdin onun düşüncəsindəkiləri və ya düşüncəsində olanlara yaxın bir hədəfi həyata keçirtməsi yaxud da bu hədəfə yaxınlaşması zamanı yaranır.

 

*Baş tutan və ya həyata keçməkdə olan fəaliyyət* — Fikir və düşüncə vasitəsilə planlaşdırılan və müəyyən şəraitin əldə olunmasından sonra gedən prosesdən qazanılan nəticədir.

 

*Baş tutan və ya həyata keçməkdə olan fəaliyyətdən doğan Həsəd,* fərdin çalışaraq ələ gətirmək istədiyi nəticədə kiminsə onu qabağlaması və ya ən azı onun qədər bu işə cəhd etməsi zamanı yaranır.

 

*Qeyd*: Baxın bu proseslərdə insan istirab nəticəsində nə qədər enerji itirir. Bircə Günahdan əl saxlasa və Allah istəyənləri etməyə çalışsa olacaq Allaha bəndə. Hər kim Allaha bəndə olsa bütün varlığı Allahın mülkü bilər. O zaman insan nə itirdiyinə artıq üzülər nə də qazandığına həddən artıq sevinər. Başqalarının uğurunu isə rahatlıqla həzm edər. Başqalarının qəminə üzülməyi isə demirəm, çünki, onu zatən uşaqda bacarır.

 

Müşfiq Həzili

“Mədəni Maarif” Cəmiyyəti / Rəhbər

 

Bir cavab yazın