Komanda haqqında

“Bədr” Futzal Klubu 2017-ci il avqust ayında təsis edilmişdir. Klubun təsisçisi Dadaşov Rəşad Rufiq oğludur. Klub Azərbaycanın işğalda olan Qarabağın Xocalı şəhərini təmsil edir. Klub öz adında həm vətənə, həm də islam dininə bağlılığını əks etdirir.

 

“Bədr” sözü ərəb dilində “on dörd gecəlik Ay, tam dairə şəklinə düşmüş Ay” mənasını verir. Bununla da şiə əqidəsindəki  peyğəmbər ailəsindən 14 məsuma işarə edilir. Eyni zamanda İslam tarixində müsəlmanlar və qeyri müsəlmanlar arasında baş verən ilk döyüşün adınıda xatırladır. “Bədr quyuları” yanında baş verən bu döyüşdə sayca az olan  müsəlmanlar, sayca özlərindən çox olan düşmənə qalib gəlmişdir. Bu meydanda say deyil, keyfiyyət üstünlüyünün önəmli olmasına bir misal olduğu üçün klub bu adı seçməklə, keyfiyyətin klubun əsas meyarı olduğunu bildirmək istəyir. Eyni zamanda Xocalı adı ilə birlikdə bu ad düşmənlərimizə də bir mesajdır.

Klubun təsis olunma məqsədlərindən biri də idmanın inkişafına, gənclərin sağlam idmanla məşğul olmasına şərait yaratmaqdır. Xocalını beynəlxalq arenada daim göz önündə saxlamaq, işğal altında olan torpaqlarımızı heç bir zaman unutmayacağımızı və adı ilə bərabər torpaqlarında sahibinin bizlər olduğunu dünyaya çatdırmaqdır.

 

Bir cavab yazın