Müşfiq Həzili

“Mədəni Maarif” Cəmiyyətinin rəhbəri

 

Ad: Müşfiq

 

Soyad: Həzili

 

Ata adı:

 

Təvəllüd: 01.08.1992

 

Doğulduğu yer: Azərbaycan,

 

Təhsil: Ali (Xarkov Beynəlxalq Iqtisad Universiteti)

 

Ailə: Ailəli

 

“Azərbaycan xalqı çox qəribə millətdir. Elə bir millətdir ki, heç bir dəyər, dəstək, hörmət görmədən əzmkarlıqla ayaq üstə dayana bilir. Çünki bilirik ki, dəyər, dəstək görmək hər insanın daxili istəyi və ehtiyyacıdır.

Beynəlxalq dəyəri bu millətə heç bir qurum verməyib. Beynəlxalq arenada nə qazanıbsa bunu sadə xalq özü edib. İstər idman, istər elm, istər əxlaq istər digər sahələr olsun.
Sosial cəhətdən də bu xalq özü öz ayağı üstə dayanmağı bacarır. Yüksək maddi dəstək görməsək belə, içimizdə olan, lakin çoxumuzun fərqinə varmadığımız ümid eşqi, əzmkarlıq, ailəcanlılıq duyğuları bizə əyilməz yaşam tərzi bəxş edir.

İndi bir söz deyim. Bu halda millətimdən nə pislik görsəm, onu başa düşməyə çalışmalıyam. Çünki dəstək və dəyər görməyən bir millət hər gözəlliyi özündə saxlaya bilmir. Belə millətlər bütün sahələrdə çox əziyyət çəkir. Ölkələrində bütün daxili nizam pozulur. Hətta mənəvi cəhətdən də tənəzzülə uğrayırlar.

Əzizlər, bu halda biz millətimizi necə qınayaq?! Əksinə, biz mərd bir millət deyilikmi?
Nə olur olsun, ən azı millətimi özümə sevdirməyim üçün onlarda gördüyüm belə bir möhtəşəm gözəllik var!”

 

Müşfiq Həzili

 

  • Müşfiq Həzili