Vüsalə Vətənxan Mehri

MMİH İB-nin fəxri üzvü

 

Ad: Vüsalə

 

Soyad: Vətənxan

 

Ata adı:

 

Təvəllüd:

 

Doğulduğu yer: Azərbaycan,

 

Təhsil:

 

Ailə: Subay

 

VÜSALƏ HAQQINDA:

 

Vüsalə Vətənxan Ağaismayıl qızı – Bakı şəhərində dünyaya göz açmış, Azərbaycanlıdır.
1996-2005-ci illərdə Yeni Günəşlidəki 279 saylı orta məktəbdə, 2005-2008-ci illərdə 2 saylı Bakı Baza tibbi kollecində, 2008-2010-cu illərdə Gənclərin 22 saylı Yaradıcılıq evində, 2012-2014-cü illərdə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi olan Şəhriyar adına Mədəniyyət evində təhsil almışdır. GİMİD İb.-in tibb üzrə keçirdiyi “Gec qalmayın, gənc qalın.” layihəsində iştirak etmiş və 2014-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.

 

Ədəbi yaradıcılığa 2005-ci illərdən başlamış, ilk uğurunu 2016-cı ildə İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi olan Şəhriyar adına Mədəniyyət evində “İmam Rza Mövludu” münasibəti ilə keçirilən tədbirdə almışdır.

 

Foto-Fakt qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən 2016-cı ildə “İstedadlı Gənc Qələm” fəxri mükafatına layiq görülmüşdür.

 

Mərdəkan Mədəniyyət Mərkəzində keçirilən “Bəydəmir Qalalının Yaradıcılıq Gecəsi” adlı proqramındakı iştirakına görə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən mükafatlandırılmışdır.

 

“Dirili Qurbani”, “Vahid” və “Məcməüş-şüəra” ədəbi məclislərinin üzvü olmuş, hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvüdür.

 

“Bir ovuc kölgə…” adlı şeirlər toplusu (2015) və “Ayaq səsi” adlı hekayə (2017) kitablarının müəllifidir.