Missiyamız

Biz Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyi olaraq müstəqilliyimizin və suverenliyimizin əleyhinə fəaliyyət göstərənlərə qarşı mübarizə aparmaq, mənəvi saflaşma, zənginləşmə yolunu tutmaq və bu məqsədləri həyata keçirmək üçün zəruri olan yüksək savad, biliyə və mənəvi dəyərlərə malik şəxsləri üzə çıxartmaq və ölkəmizin kadr potensialını inkişaf etdirmək, gücləndirmək istəyirik. Ədalətin təmin olunması üçün insan hüquqlarının qorunmasına yardım etmək və hüquqi dövlət prinsipini inkişaf etdirməklə əmin amanlığın artmasına dəstək olmaq istəyirik. Həmçinin məqsəd gənclərin hər tərəfli inkişafına, maariflənməsinə, ictimai fəallığının artırılmasına kömək etmək, təhsilə, intelektual inkişafa meylini artırmaq, onların vətənpərvərlik, hüquqi, əxlaqi, fiziki, milli-mənəvi tərbiyəsində iştirak etmək, insanlar arasında dövlətçilik ənənələrini təbliğ etmək əsas məqsədlərimizdəndir. Birlik üzvlərinin elmi səviyyəsinin artırılmasına rəvac verir. Məqsədlərdən biri də ehtiyaclı insanlara maddi yardımlar etmək və xeyriyəçilik tədbirləri təşkil edərək insanların çətin günündə yanında olmaqla onlara dəstək olmaq təşkilatımızın vəzifələrindəndir.