MMİH İB-nin üzvləri və könüllülər Xocalı abidəsi önündə

 

MMİH İB-nin üzvləri və könüllülər bu gün Xocalı abidəsini ziyarət edərək, 26 Fevral 1992-ci ildə Xocalı şəhərində ermənilər tərəfindən amansızlıqla qətilə yetirilən Xocalı sakinlərini yad ediblər. Abidə önünə əklil qoyan üzvlər, soyqırıma məruz qalan azərbaycanlıları hüznlə anıblar.

Sonda MMİH İB-in sədri Rəşad Dadaşov iştirakçılara Xocalıda və eləcə də tarixin digər zamanlarında ermənilərin daim xalqımıza qarşı etdiyi vəhşiliklərdən tarixi maarifləndirici bilgilər verərək, qısa çıxış etdi.

 

Bir cavab yazın