NİZAMNAMƏ

“Bu nizamnamə Birliyin təsisçiləri tərəfindən təsdiq edilmiş təsis sənədidir. Birliyin nizamnaməsinə əlavə və dəyişikliklər onun ali idarəetmə orqanının (Birliyin ümumi yığıncağının) qərarı ilə edilə bilər. Birlikdə bütün məsələlər bu nizamnamə ilə tənzimlənir. Bu nizamnamə ilə tənzimlənməyən məsələlər qanunvericiliklə tənzimlənir. Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.”