Problemlərin kökü
04 İyul 2018

Mən öz xalqımı yazılarda neçə dəfə tərifləmişəm. Bu da boşu-boşuna olmayıb.
Bir millət olaraq tərifə layiq real xüsusiyyətlərimizi qeyd etmişəm həmişə. Amma bizdə lazımsız mənfi xüsusiyyət də var. Və bunu deməyi özümə borc bilirəm. Çünki eybi düşmən gizlədər. Dost isə gizlində üzə deyər. Məndə gizlində hər birimizə səslənirəm.

 

Biz problemlərin kökünü yox, özünü görürük. Ona görə də problem bitmir ki, bitmir. Biri gedir, digəri gəlir. Çünki problemin mənbəyi ki var, onu bağlamamışıq. Ancaq problemin özü ilə savaşırıq. Millət olaraq yorulmağımızın, qəzəbli, stresli yaşamağınızın bir neçə əsas səbəblərindən biridə elə budur.

 

Əzizlər, bilirsiz necədi? Elə bilin bir ağac əkmişik, əziyyət ilə boya-başa çatdırmışıq. İndi onu kəsməyə gələn yazığ mişar tutan fəhləni döyürük. Planı quran, əsl zərər və göstəriş verən isə diqqətlərdən kənarda qalıb. Onu demək istəyirəm ki, heç olmasa məsələnin kökünə diqqət edək.
Bu diqqətsizliyimizi axır neçə gündə xüsusilə müşahidə edirəm.

 

Əgər bizim, problemin kökü ilə mübarizə aparmağa gücümüz çatmırsa, o zaman biz mişar tutan fəhləni də döyməməliyik. Mehribanlıq və fədakarlıq telləri yaratmalıyıq. Mehribanlıq və fədakarlıq insanı düşündürən amillərdəndir. Əgər fəhləni yaxşı düşündürə bilsək bir gün o fəhlə mütləqdir ki, öz mişarının hədəfini dəyişəcəkdir. Çünki mişar ilə sevgini kəsmək düşüncəli insanlara xas deyil.

 

Bizim bu günkü vəzifəmiz metroda, avtobusda, çayxanada, işdə hər halda cəmiyyətdə olarkən bir-birimizə mehribançılıq və fədakarlıq göstərməyimizdir.

 

Müşfiq Həzili

Bir cavab yazın