Karantin dövründə ehtiyaclı insanlara yardım edildi

 

MMİH İB-nin üzvləri Azərbaycanda koronavirus səbəbi ilə elan edilmiş karantin dövründə bir çox ailələrə ərzaq yardımı edilməsinə vasitə ola bildi. Ehtiyacı olan aztəminatlı və karantin zamanı işsiz qalmış ailələrin müraciətləri əsasında onlara müxtəlif növ ərzaq məhsulları yardımı edildi. Müraciət edən ailələr Bakı və Abşeron ərazilərində yaşayan ailələr olub. Binəqədidən -7, Xırdalandan-2, Goradildən-1, H. Z. Tağızadə qəsəbəsindən-1, Sabunçudan-1, Buzovnadan-1, Q.Qarayev metrosu yaxınlığından-1 ailə olmaqla 14 ailəni ərzaqla təmin etmək mümkün olub.

 

Ailələrin ərzaqla təmin olunmasında əməyi olan bütün xeyirxah insanlara, xüsusi ilə maddi dəstək olan Rahim, şair Elşən Qərib, “BHB strategic media agency” nin Executive Directoru Xəyal Qasımov, Elnur, Elşən, Vüsal, Samir müəllim, Günay müəllim, Ceyhan, “İN Academy”nin rəhbəri Nərmin xanım, Toğrul bəy və Köhnə Günəşli 2 saylı “Oba” marketin, başda Hikmət olmaqla bütün əməkdaşlarına, eləcədə mənəvi dəstək olan Sahib bəyə təşkilatımız adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

 

 

Bir cavab yazın