Qurbanlıq
31 İyul 2020

 

Bu müqəddəs Qurban bayramında İsmayıl qurbanı kəsən hər bir kəs bilməlidir ki, bu qurban kəsmə əməli simvolik bir əməldir. Bu simvolik əməl, ayin, ritual insanlara özlüyündə bir mesaj verir. Qurban kəsən insanlar bu əməlin həqiqətini mütləq dərk etməli, mahiyyətini anlamalı və bilməlidir. Allah qurbanı nə üçün vacib buyurub? Bunu düşündünüzmü? Bəs kəsilən bütün qurbanlar Allah dərgahında qəbul olurmu?

 

Əgər deyilsə ki, qurbanlıq kəsilib yoxsullarla, aclarla paylaşmaq üçündür demək ki, qurbanlığın mahiyyəti anlaşılmayıb.
Qurbanlığın mahiyyətini anlamaq üçün Qurana üz tutmaq lazımdır. Biz bilməliyik ki, büdün peyğəmbərlər Allah üçün qurban kəsilməsini vacib bilmiş, bunu təbliğ və icra etmişlər. Lakin zaman keçdikcə insanlar qurbanlığın mahiyyətini, həqiqətini unutmuşlar və unutdurmuşlar. Son olaraq Quranda Allah insanalara xatırladaraq bildirir ki, “Onların nə əti, nə qanı Allaha çatmır. Allaha çatacaq olan yalnız sizin təqvanızdır.” İbrahim peyğəmbər və oğlu İsmayılın təqvası, Allaha təslimiyyətləri o qədər yüksək idi ki, Allah üçün biri illər sonra qoca yaşında sahib olduğu şirin oğlundan, digəri isə cavan canından keçməyə hazır oldular.

 

Bunun üçün də Qurban kəsən insan təqvalı olmalı, Allaha təslim olan biri olmalıdr.

 

Başqa bir ayədə deyir ki, “Kəbəni və qurbanları insanların düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa bilməsini, Allahın hər şeyi bilən olmasını sizdə biləsiniz”.

 

“Müəyyən bir vaxta qədər mənfəəti olan” “Qurbanı kəsərkən Onun adını çəksinlər. Onlardan özünüzdə yeyin, biçarə yoxsullara da yedirdin!”

 

Qeyd etdiyim kimi qurban bütün peyğəmbərlər tərəfindən qeyd edilirdi. İlk qurban Adəmin övladları Habil və Qabil tərəfindən Allah üçün gətirilmişdi. Lakin onlardan birinin qurbanı qəbul olunmuş, digərinin ki isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi:” Səni mütləq öldürəcəyəm! Habil isə demişdi: “ALLAH YALNIZ MÜTTƏQİLƏRDƏN QƏBUL EDƏR!”.

 

Bayramınız mübarək!

 

Rəşad Dadaşov (MMİH İB sədri, ictimai xadim)

Bir cavab yazın