Şüuraltındakı inancları dəyişdirmənin yolları
30 İyul 2020

 

Uşaqlıqdan bəri yaşadığımız depresiya,özgüvənsizlik,özünətənqid,dəyərsizlik,psixoloji pozuntuların qaynağının şüuraltı olduğunu artıq bilirsiniz. Bütün bunları dəyişdirməyin 5 yolunu sizinlə bölüşmək istərdim. Bu 5 yol aşağıdakılardır:

 

  1. Şüuraltını anlayaraq işə başlamalıyıq. Şüuraltında basdırdığımız hisslər və bilmədiyimiz tərəfimiz gizlidir. Buna kölgə xarakterimizdə deyə bilərik. Şüurlu şəkildə qarşısını ala bilmədiyimiz hisslərimiz şüuraltında yer edir özünə və buda depresiyaya səbəb olur. Buna görədə “ANI YAŞAYARAQ VƏ ANDA QALMAĞA ÇALIŞARAQ ŞÜURALTIMIZIN BİZİ YÖNLƏNDİRMƏSİNİ” azalda bilərik.

 

  1. Qərar verərkən daha çox düşünərək qərar verin. Şüuraltınız pis deyil. Amma həyatınızı dəyişdirmək istəyirsinizsə şüurlu şəkildə planlar qurmağı bacarın.

 

  1. Vərəqə affermasiya yazıb ən çox istifadə etdiyiniz yerə yapışdırın. Çox sadə və təsirlidir bu. O yazını hər gördükcə şüuraltınızı yeniləmiş olacaqsınız. Məs: Bir vərəqə ” Mən özümü olduğum kimi qəbul edirəm” yazın yapışdırın. Yəni dəyişdirmək istədiyiniz şey nədirsə onu yazın. Bunu ən çox istifadə etdiyiniz əşyanızın,otağınızdakı divara və s. yapışdıra bilərsiniz.

 

  1. Gündə 5 dənə affermasiya deyərək şüuraltı inanclarınızı dəyişə bilərsiniz.

 

  1. Yatmamışdan əvvəl pozitif düşüncələrə odaklanın. Dəyişdirmək istədiyiniz düşüncənin yerinə onun pozitifini qoyaraq affermasiya deyin. Bu çox effektlidir.

 

Sizdə bunları öz həyatınıza tətbiq edə bilərsiniz. Nəticəni özünüz görün. Növbəti məqalələrdə görüşənədək.

 

Səttar Məmmədrəhimov

 

Bir cavab yazın