Uşaqlar səs-küylü sinif otaqlarından daha çox təsirlənir
19 İyul 2020

 

 

Tədqiqatlar göstəri ki, daha kiçik uşaqlar səs-küylü sinif otaqlarından daha çox təsirlənir

 

Uşaqların öyrənmələri üçün  onların fikirlərini cəmləyə bilmələri vacibdir. Təəssüf ki, bir çox sinif otaqları sakitlik və dinclikdən uzaqdır. Hər kəsin bildiyi kimi səs-küy hər kəs üçün diqqəti yayındıra biləcək  bir səbəbdir. Yeni bir araşdırma, otaqda başqa səs-küylər olduqda uşaqların dinləmək və eşitdiklərini anlamaqda çətinlik çəkə biləcəyi nəticəsinə gəldi. Neuroscience jurnalındaki tədqiqatda belə bir nəticəyə gəlinmişdir ki, hələ də səs-küylü bir mühitdə gənc uşaqlar müəyyən bir nitq axımını izləmək və izləmək qabiliyyətini inkişaf etdirməyə çalışırlar.

 

Tədqiqat haqqında

 

Tədqiqatçılar bir kokteyl ziyafətində 20-26 yaş ilə 9 yaş və 20-21 ilə 40 yaş arasında olan insanlar üzərində bir tədqiqat apardılar. Həmin kokteyl ziyafətində arxa fonda səs-küy  yaratdılar və səs-küy yarandıqca 4 müxtəlif 5 dəqiqəlik hekaye mövzuları səhnədə oxundu. Magnetoensefaloqrafiyadan (Magnetoencephalography) istifadə edərək tətdqiqatçılar səs-küylü  mühitdə mövzuların nə qədər yaxşı başa düşdüldüyünü  təhlil etdilər. Uşaqlar hecaları ayırd edəndə böyüklərdən daha çox səhv etdilər. Arxa fonda səslər  daha da gücləndikcə uşaqlar böyüklərdən daha çox  mübarizə aparırdılar ki, aparıcının sözlərini izləyə bilsinlər. Sonda tədqiqatçılar belə bir nəticəyə gəldilər ki , səs-küylü bir mühitdə fikirləri cəmləyə bilmə qabiliyyəti, sonrakı yetkinlik yaşlarında yetişən bir bacarıqdır. Başqa sözlə, nevroloji baxımdan səs-küylü bir mühitdə uşaqların öyrənməyi daha çətindir.

 

Sakit sinif otaqlarının əhəmiyyəti

 

Sizin uşağınızın  müəllimi bir neçə dəfə şagirdlərdən sakit olmağı və danışmağı dayandırmağı xahiş edəndə , bu təkcə uşaqların sakit qalmağını təmin etmək üçün deyil. Bu  ona görədir ki,gənc tələbələr öyrənmək üçün səssizliyə ehtiyac duyurlar.

 

Səs-küylü bir sinif otağı ilə mübarizə aparan tələbələrə necə kömək etmək olar?

 

Əgər uşağiniz  səs-küydən və ya müəllimi eşitməkdən şikayət edirsə, əvvəlcə problemin eşitmə qabiliyyətində olmadığını təyin etməyi  istəyə bilərsiniz. Əgər bu bir  eşitmə çatışmazlığı problemi deyilsə, narahatlığınızı uşağınızın müəllimi ilə müzakirə edin. Əgər uşağınız səs-küylə mübarizə aparırsa, çox güman ki, digər tələbələr də çətinlik çəkirlər.

 

Bu söhbətdə ilk addım bu tədqiqat işini müəllimlə bölüşmək ola bilər. O uşaqların beyninin səs-küylü bir mühitdə fikrini cəmləmək  üçün yetərincə inkişaf etmədiyini bilməyə bilər. Sizin uşağınızın  müəllimi şagirdlərinin uğur əldə etmələrini  və öyrənmələrini istəyir və uğur qazanmalarına kömək etmək üçün səs-küy səviyyəsini mümkün qədər azaltmaq üçün gərək dəyişikliklər etsin.

 

Səs-küyü azaltmaq  üçün müəllimin edə biləcəyi sadə dəyişikliklər ola bilər; təlim zamanı qapını bağlamaq; tələbələrin öz aralarındakı söhbətə mane olmaq üçün tələbələrin oturuşunu yenidən təşkil etmək; və tədris zamanı səssiz olmağına görə bir şəkildə sinfə mükafat verən bir sistem tətbiq etmək kimi. Bundan əlavə, səs  ölçən proqramlar sinifdəki səs səviyyəsini müəyyənləşdirməkdə kömək edə bilər. Bu tətbiqetmələr səs-küy səviyyəsinin artdığı barədə müəllimləri vizual olaraq xəbərdar edə bilər, müəllim buna görə uşaqları yönləndirə və səsləri aşağı sala bilər.

 

Istinad: learningliftoff.com

Tərcümə etdi: Elnara Hasanzada

Bir cavab yazın