Uşaqlar üçün folklor nümunələri
19 İyul 2020

  

 

Bu gün biz sizinlə maraqlı bir aləmə səyahət edəcəyik. Bu, ucu -bucağı görünməyən, dərin bir ümmana bənzəyən folklor aləmidir. Nənələrimizin söz boğçasından arayıb axtardığımız, öyrəndiyimiz folklor nümunələrini sizə təqdim edirik.

 

Aşıq yaradıcılığı Azərbaycan folklorunun xüsusi və özünəməxsus bir qoludur . Saz aləti [qopuz] bizim ən qədim musiqi alətlərimizdəndir. Babalarımız hətta döyüş meydanında da sazın sədaları altında vuruşmuşlar.Biz saz musiqisini sevdiyimiz kimi gələcək nəsillərədə ötürməliyik. (Baş Sarıtel ) saz havasını uşaqlarınıza dinlədə bilərsiniz.

 

Uşaq  folklorunda laylaların xüsusi yeri var. Analarımız öz uşaqlarının beşiyi başında həzin laylalar demiş, onları oxşamışlar.

 

Qoxusu güldən gəlir,

Güldən bülbüldən gəlir.

Balamın gül beşikdə

Yuxusu birdən gəlir.

 

Uşaqların sevdiyi nümunələr içərisində düzgülər və saymaclarda xüsusi yer tutur. (Əlimi bıçaq kəsibdi), (Üşüdüm ha üşüdüm), (Motal – motal) kimi yüksək şeiriyyətə malik nümunələr var. Uşaqların nitq inkişafında, düzgün danışıq və tələffüz vərdişlərinə yiyələnmələrində söz ehtiyatının zənginləşməsində ayrı -ayrı folklor nümunələri ilə yanaşı, atalar sözləri, tapmacalar yanıltmaclar da mühüm yer tutur. Bu qiymətli incilər dildən -dilə düşərək, xalq arasında yayılaraq bu günə gəlib çatmışdır .

 

Folklor nümunələri içərisində sayaçı sözlərdə var. Bu uşaqlarda heyvanlara məhəbbət hissi oyadır. Uşaqlar da  belə sayaçı sözləri həvəslə öyrənirlər.

 

Ağ at gəlir enişdən

Sinəbəndi gümüşdən

Bizə də nəsib olsun

Heybədəki yemişdən

 

Əziz uşaqlar və valideynlər! Biz bu gün şifahi xalq ədəbiyyatımızın zəngin və tükənməz nümunələrini sizlərə təqdim etməyi özümuzə borc bilirik. Şifahi xalq yaradıcılığından tərbiyə prosesində məqsədyönlü və sistemli istifadə etməklə gəlcəyimiz olan körpə fidanları milli ruhda tərbiyə  etməliyik. Milli adət-ənənələrimizi folklor vastəsilə uşaqlara çatdırmaqla gələcək üçün əsl vətəndaşlar yetişdirmiş olarıq.

 

Hazırladı: Mikayılova Gülşən

Bir cavab yazın