Yeni dərs ili üçün aksiya
20 İyul 2018

Qarşıdan gələn dərs ilində ehtiyaclı ailələrin övladlarına yardım etmək istəyirik. Bunun üçün bir aksiya keçirməyi nəzərdə tutmuşuq və hamını bu aksiyaya qoşulmağa dəvət edirik.

 

Kimin evində övladının istifadə etməyəcəyi məktəbli forması, çantası və dərslikləri varsa bizə gətirə bilər. Gətirilən mallardan təmirə ehtiyacı olanları təmir edib yeni vəziyyətə salaraq ehtiyaclı ailələrə çatdırarıq.

 

İmkanı olanlar yenilərinidə alıb gətirə bilər.

Əlaqə: 055 714 05 75

Bir cavab yazın