Yeni dərs ilində aztəminatlı ailələrə məktəb dəstəyimiz

 

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq “Milli Mənəvi İnkişaf və Həmrəylik” İctimai Birliyi  aztəminatlı ailələrin övladlarını məktəbli forması və məktəb ləvazimatları ilə təmin etmək üçün “Məktəbli arzularını həyata keçirdək!” aksiyasını elan etmişdir. Bu aksiya çərçivəsində MMİH İB-i əldə etdiyi vəsaitlə məktəbli geyimləri və məktəbli ləvazimatları alaraq aztəminatlı ailələrin övladlarının məktəb xərclərini yüngülləşdirməyə nail oldu.

Kənd Hövsanda yaşayan Səmədzadə Mirseyid, Nasosnuda yaşayan Qulaməli Həzrət və Qulaməli Fatiməni yeni geyimlə təmin edən təşkilatımız, digər uşaqlara isə çanta və məktəbli ləvazimatları alaraq onların sevincinə səbəb oldu. Valideyinlər maddi dəstək olan hər kəsə öz minnətdarlıqlarını bildirir.

 

MMİH İB-nin rəhbəri Rəşad Dadaşov bildirdi ki, bu aksiyanı başlatmaqda məqsədləri aztəminatlı ailələrin xərclərini yüngülləşdirmək, insanlar arasında qarşılıqlı yardımlaşmaq ənənəsini yaymaq və azyaşlı uşaqların sevincinə səbəb olmaqla yanaşı onlarında gələcəkdə xeyirsevər bir insan kimi yetişməsinə təkan verməkdir.

 

 

Bir cavab yazın